İcbari sığortası olmayan avtomobillər neçə lari dəyərində cərimə olunacaqlar?
Gürcüstanda qeydiyyatdan keçmiş avtomobillərin sahiblərinə mülki cavabdehlik üçün məcburi sığorta qüvvəyə minir.

Bu haqda qanunvericilik paketi artıq parlamentə təqdim olunub. Qeyd edilməlidir ki, üçüncü şəxsin məcburi sığortası ölkədə güman ki, 1 iyuldan qüvvəyə minəcək.
Qanun layihəsi avtomobillərin kateqoriyasına əsasən illik sığorta premiyasının minimum və maksimum miqdarını müəyyən edir.

Belə ki, hansı hallarda hansı həcmdə zərərin özəl sığorta şirkəti tərəfindən ödənəcəyi ilə bağlı konkret limitlər müəyyən edilib. Bundan əlavə qanunvericilik paketi İnzibati Xətalar Məcəlləsinə əlavə olunacaq dəyişiklikləri də nəzərdə tutacaq.

Üçüncü şəxsin sığortası olmadığı halda nəqliyyat vasitəsinin sahibi cərimələnəcək. Maddi sanksiyanın miqdarı isə nəqliyyat vasitəsinin kateqoriyasına əsasən müxtəlifdir.
“Qayda pozuntusu olan halda – motosiklet (mühərrikinin həcmi 50 sm3-dən artıq olan), minik avtomobili (icazə verilən kütləsi 3500 kq-dan artıq olmamalıdır və oturacaq yerlərin sayı, sürücüdən başqa 8-dən çox olmamalıdır), kənd təsərrüfatı texnikası və xüsusi maşınlar və ya qoşqulu nəqliyyat vasitələri sürücüsünə (əgər onun qoşqu ya görə mülki səlahiyyət üçün məcburi sığortası yoxdursa) – 100 lari, avtobus (oturacaq sayları sürücüdən əlavə 8 nəfərdən çox olmayan) və ya yük maşını (icazə verilən maksimum kütləsi 3500 kq-dan çox olan) sürücüsünə - 200 lari həcmində cəriməni nəzərdə tutur.

Beləliklə, qeyd olunan qayda pozuntularını törədən sürücülərə məcburi sığorta almaq üçün cərimələnmə ilə birgə 72 saatlıq müddət veriləcək. Müvafiq olaraq, 72 saatdan sonra əgər yenidən sığortasız olarsa sürücü yenə cərimələnəcək” –qanun layihəsinin izahatnaməsində qeyd olunub.
Print Email
FaceBook Twitter Google