Gürcüstan Hava Yolları Avropa çempionatına getmək üçün Tbilisidən
Dortmund (17 iyun),
Hamburq (21 iyun) və Düsseldorfa (25 iyun) xüsusi birbaşa uçuşlar
planlaşdırıb. Aviaşirkət bir tərəfin qiymətinin 295 avrodan
başladığını açıqlayıb. Satışlar başlayandan az sonra saytda satışa
bilet qalmadığı ortaya çıxmışdı. O vaxta qədər son dəqiqələrdə cəmi
bir yolun qiyməti demək olar ki, 6000 lari idi.
İndi ekonom klass biletləri hələ də saytda satılır. “Georgian
Airways”in mətbuat xidməti bildirir ki, tələbat yüksək olduqda və
birdən çox bilet bron edildikdə, satışa çıxarılan biletlər artıq
müəyyən müddət ərzində görünmür.
İndi Tbilisi-Düsseldorf ikitərəfli biletləri 1800 laridən,
Tbilisi-Hamburq laridən, Tbilisi-Dortmund 2108 laridən, Tbilisi-
Düsseldorf isə 1950 laridən başlayır.
“Georgian Airways” aviaşirkətinin reysləri aşağıdakı cədvəl üzrə
həyata keçiriləcək:
- 17 iyun Tbilisidən Dortmund (19 iyun Dortmunddan
Tbilisiyə gediş)
- Tbilisidən Hamburqa - 21 iyun (Hamburqdan Tbilisiyə
gediş 23 iyun)
- 25 iyun Tbilisidən Düsseldorfa (27 iyun Düsseldorfdan
Tbilisiyə gediş)
Gürcüstan millisi Avropa çempionatının qrup mərhələsində iyunun
18-də Dortmundda Türkiyə, 22-də Hamburqda Çexiya, 26-da
Gelzenkirxendə Portuqaliya ilə qarşılaşacaq.