Daxili İşlər Nazirliyi: “Silknet”dən məlumat sızması faktı ilə bağlı 1 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, kompüter sisteminə icazəsiz daxil olan 1 nəfər tutulub. Söhbət “Silknet” şirkətindən məlumatların sızması faktından gedir.
Agentliyin məlumatına görə, 2001-ci il təvəllüdlü B.K. şəxsi məlumatları əldə etmək məqsədilə “Silknet”in kompüter sisteminə kiberhücum edib və şirkətin 5000-ə yaxın istifadəçisinin şəxsiyyət vəsiqələrinin rəqəmsal surətini əldə edib.

“Aparılmış kompleks istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən
B.K. şəxsi məlumatlarını əldə etmək məqsədilə “Silknet” SC-nin kompüter sisteminə kiberhücum edib.

“Təqsirləndirilən şəxs kompüter sisteminə icazəsiz giriş yolu ilə adıçəkilən şirkətin 5000-ə yaxın istifadəçisinin şəxsiyyət vəsiqələrinin rəqəmsal surətini əldə edərək qanunsuz yolla internet məkanında satmağa cəhd edib”,
- deyə məlumatda bildirilir.

Kompüter sisteminə icazəsiz giriş faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Martın 19-u axşam saatlarında Silknet istifadəçilərinin şəxsi məlumatlarının, o cümlədən şəxsiyyət vəsiqəsi fotolarının sızması ilə bağlı məlumat yayılıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google