DİN: Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat aşkar etdik
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları Tbilisidə və regionlarda qanunsuz odlu silah və döyüş sursatları götürüblər.

13 nəfər saxlanılıb, 1 nəfər ifşa olunub.

Saxlanılanlar arasında Tbilisidə həbs edilən xarici ölkə vətəndaşı da var. Axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah, 1 ədəd ağızlıq və 3 ədəd patron aşkar ediblər.

Kaxetidə 2 nəfər saxlanılıb,
onlardan biri əvvəllər də məhkum olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərinə baxış keçirərkən maddi sübut kimi avtomat, tapança, mişarlanmış ov tüfəngi, 105 ədəd patron, 2 ədəd ağızlıq və narkotik vasitə olan “marixuana” götürüblər.

Qeyri-qanuni odlu silah və döyüş sursatı əldə etmə-saxlama-daşıma və narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlama faktları Gürcüstan Cinayət Məcəlləsinin 236 və 273-cü maddələri ilə araşdırılır.

Cinayət 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google