Mayonez hər kəsin mətbəxində olan bir sous növüdür. Bir çox
insan yeməklərini mayonezsiz düşünə bilmir.
Çünki o yeməklərə, salatlara xüsusi bir dad verir.
"Marneuli" radiosu xəbər verir ki, mağazadan alınan mayonez
növlərinin tərkibində sağlamlığa mənfi təsir göstərən zərərli
əlavələr ola bilər.
Təcrübəli evdar qadınlar evdə təbii məhsullardan mayonez
hazırlamağa üstünlük verirlər. Proses mümkün qədər sadədir
və çox
səy və vaxt tələb etmir.
Ev şəraitində mayonezin hazırlanma qaydasını təqdim edirik:
- Mayonez üçün inqrediyentlər:
- Yumurta sarısı - 2 ədəd;
- Xardal - 1/2 çay qaşığı;
- Zeytun yağı - 70 ml;
- Limon suyu - 1 çay qaşığı;
- Şəkər - 1/2 çay qaşığı;
- Duz - 1/2 çay qaşığı.
Əvvəlcə yumurta sarısını bir çırpma ilə döymək lazımdır. Sonra duz,
şəkər və digər maddələr əlavə edilir. Qarışıq homojen hala gələnə
qədər çalın. Məhlul istənilən vəziyyətə gəldikdə ona bir az alma
sirkəsi əlavə etmək məsləhətdir.
Sousu yaxşıca qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.
Mənbə: Milli.Az