Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü
başlayır.
Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə
zamanıdır.
Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür. Bir
çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan
naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş
xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də
qadınların ən böyük dostudur.
"Marneuli" radiosu sizə naringinin
inanılmaz faydaları ilə bağlı məlumat verir.
- - Naringinin tərkibində ən çox C vitamini var, amma A,
B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi
karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium,
fosfor, brom və xüsusilə şəkər baxımından da
zəngindir.
- - Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə
xəstəliklərinin sağalmasına faydası var.
- - Qanı təmizləyir
- - Ürək və damar xəstəliklərinə qarşı
qoruyucudur
- - Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək
edir
- - Sinirləri sakitləşdirir
- - İmmuniteti gücləndirir
- - Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun
xərçənglərinin qarşısını alır
- - Piylənmə riskini azaldır
- - Sağlam dəri toxumalarının formalaşmasına yardım edir.
Tərkibindəki təbii antioksidantlar sayəsində dərini
canlandırır.
- - Kollagen prosesini sürətləndirən naringi, dəridəki
qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin
edir.
- - Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində
dəri xəstəliklərində müalicəedici effekt verir.
- - Saçlarda ağarmanın qarşısını alan naringi, eyni
zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına
yardım edir.
- - Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq
problemi yaşayanlar üçün də faydalıdır.
Mənbə: Saglamolun.Az