Qədim zamanlardan yasəmən ağrıları azaldan bitki kimi
tanınır.
Qədimdə yasəməndən hazırlanmış cövhər və tinkturalar baş, bel,
əzələ, oynaq ağrıları zamanı geniş istifadə olunurdu.
Həqiqətən də yasəmənin tərkibində olan bəzi maddələr ağrıları və
iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.
Yasəmən tinkturası artrit, revmatizm, artroz, osteoxondroz,
müxtəlif zədələnmələr zamanı çox yaxşı kömək edir.
Daban şporu zamanı yasəməni müalicəvi vasitə kimi istifadə
edin.
Miqrendən əziyyət çəkən insanlar da yasəməndən faydalana bilər.
Yasəməndən müalicəvi tinktura hazırlamaq üçün 100 qr yasəmən
çiçəklərinin üzərinə 1 stəkan araq əlavə olunur və 10 gün ərzində
sərin qaranlıq yerdə saxlanılır.
Daha sonra tinktura yaxşı süzülür və müxtəlif ağrılar zamanı
effektli ağrısızlaşdıran vasitə
kimi istifadə olunur.
Tinkturada pambıq əski isladın və ağrıyan nahiyəyə qoyun. Belə
kompresləri gündə 2-3 dəfə edin.
Baş ağrıları zamanı kompres alın nahiyəsinə qoyulur.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.