Bu tətbiqləri telefonunuzdan SİLİN – Daha sürətli işləyəcək
Telefonunuzun daha sürətli işləməsi üçün xidmət mərkəzinə getməyə və ya yaddaş kartını tamamilə dəyişməyə ehtiyac yoxdur.

Bəzən sadəcə bəzi proqramları silmək kifayətdir. Çünki onlar çoxlu aparat resursları istehlak edirlər.

Yavaşlamağa səbəb ola biləcək proqram kateqoriyalarına diqqət etməliyik.

Bəs, hansı proqramları silmək məsləhətdir?

Onların bir neçəsini təqdim edirik:

İstifadə edilməyən sosial medialar
  • Onlar nəinki çoxlu resurs sərf edirlər, həm də daima bildirişlər göndərirlər ki, bu da batareyanın gücünü azaldır.
Hava proqramı
  • Çox vaxt tərtibatçılar belə bir proqramın interfeysini çox yükləyirlər. Havaya baxmaq istəyirsinizsə, bunu “google”da axtarışa verməklə də edə bilərsiniz.
Antiviruslar
  • Bəzi antiviruslar skan etmədən belə telefonun yavaşlamasına səbəb ola bilər.
Optimizatorlar
  • Hər cür “təmizləyicilər” və “gücləndiricilər”in telefonunuzun daha sürətli işləməsini təmin etdiyinə inanmayın.
Defolt brauzer
  • Digər, daha optimallaşdırılmış variantlar var.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google