“Samsung” möhtəşəm kameralı yeni ucuz telefonunu təqdim etdi
“Samsung” yeni orta səviyyəli smartfonunu - “Galaxy M55”i təqdim edib.

Telefon böyük ekrana, uzunmüddətli yeniləmə dəstəyinə və rekord qıran selfi kamerasına malikdir .

Yeni məhsulun əsas özəlliyi 50 meqapiksellik ön kameradır. Müqayisə üçün qeyd edək ki, hətta “Samsung Galaxy S24 Ultra” kameralı telefonunda cəmi 12 meqapiksel təsvir ölçülü ön kamera var. Əsas kameraya gəlincə, o,
üçqatdır, linzaları 50, 8 və 2 meqapikseldir.

Texniki xüsusiyyətlər:
  • Ekran: 6,7 düym, Super AMOLED+, Full HD+, 120 Hz, 1000 nit qədər parlaqlıq;
  • Prosessor: səkkiz nüvəli Qualcomm Snapdragon 7 Gen 1;
  • Yaddaş: 8 GB RAM, 256 GB daxili;
  • Kamera: əsas 50 MP (OIS ilə), ultra geniş bucaqlı 8 MP, makro 2 MP, ön 50 MP;
  • Batareya: 5000 mAh, sürətli doldurma 45 Vt;
Smartfonda həmçinin ekranın altında qurulmuş barmaq izi sensoru, “Samsung Knox Vault” təhlükəsizlik sistemi, “Dolby Atmos” dəstəyi və One UI qabığı ilə Android 14 var. Gələcəkdə cihaz Android 18 alacaq və bundan sonra daha bir il təhlükəsizlik yeniləmələri olacaq.

Qeyd edək ki, “Samsung Galaxy M55”in qiyməti 540 dollardır. İki rəngdə mövcuddur - açıq yaşıl və tünd mavi.

Mənbə: lent.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google