Tamarisi kəndindəki alman evlərindən biri muzey funksiyası
daşıyacaq. Həmin evi Almaniyalı həkim alıb və Tamarisililərə
bağışlayıb.
Evin bir əsrdən artıq yaşı var və mədəni irs abidəsidir, lakin bu
zamana qədər bərpa işləri aparılmayıb.
Alman Mədəni İrsinin Qorunması İttifaqı bu işlər üçün donorlar
axtarmağa başlayıb. Təşkilatın təsisçilərindən biri Nestan
Tataraşvilinin dediyinə görə, yaxın gələcəkdə evdə almanlar
tərəfindən salınmış kəndin tarixi ilə tanış etmək mümkün
olacaq.
“İstəyirik ki, burada mediateka deyilən gənclər mərkəzi
tikilsin, bu muzey quru və donmuş muzey olmayacaq. Müxtəlif
kəndlərdən uşaqlar buraya gələcəklər və etnoqrafik materiallarla
tanış olacaq və əlbəttə Tamarisinin tarixini
dinləyəcəklər” – deyə Nestan Tataraşvili
bildirdi.
Alman Viutenberq koloniyaçıları Gürcüstana 200 il əvvəl
köçürülüblər. Onlardan Gürcüstana 23-dən artıq kənd və 1200-dən
artıq ev miras qalıb. Almanlar Gürcüstanın iqtisadi-mədəni
həyatında mühüm dəyişiklik ediblər, teleqraf xətti çəkiblər, ilk
əczaxananı və pivə zavodu açıblar.
“Tamarisi mühüm yerlərdən biridir, burada inkişaf etmiş
şərabçılıq olub, qeyri-adi şərab zavodu olub. Bu bir tərəfdən də
ona görə edilir ki, burada turizm inkişaf etsin. Artıq Avropadan
ciddi axın var və çox az adam bilirdi ki, Gürcüstanda 23 kənddə 30
mindən artıq alman 150 ildən artıq burada yaşayıb” –
deyə Nestan Tataraşvili bildirdi.
Aktyor Zurab Xaftani Tamarisi kəndində yaşayır. Deyir ki, belə
layihələrin həyata keçirilməsi gənclərin ictimai həyatda iştirakı
üçün mühümdür.
“Əgər hər şey ideyada olduğu kimi edilsə, və sona
çatdırılsa çox yaxşı olar. Çünki kəndlərdə gənclərin layihələrdə
iştirak etmək imkanı daha azdır və daha az fəallıq
göstərirlər” – deyə Zurab Xaftani bildirdi.
Marneuli meriyasından bildirilər ki, belə layihələrin həyata
keçirilməsini alqışlayırlar, bununla belə büdcədən vəsait
xərcləmirlər. Onların iştirakı isə kəndin küçələrindən birinə
kəndin ilk adını vermək olacaq. Kəndin ilk adı Traumberq olub.
Tamarisi kəndində almanlar tərəfindən tikilən evlərdə 50-dək ailə
yaşayır. 1941-ci ildən almanların Gürcüstandan deportasiyası
başlayıb. Evlərin təxminən 15%-i bağlıdır və sahibləri nadir
hallarda ziyarət edirlər.