Polşada İva Pezuaşvilinin “Bunker” əsəri ayın ən yaxşı kitabı seçilib
Polşanın “Literary Book Magazine” (pol. “Magazynu Literackiego Książki”) nəşri İva Pezuaşvilinin “Bunker” əsərini ötən ilin dekabr ayının ən yaxşı xarici nəsr əsəri adlandırıb. Fevralın 21-də Varşava Dövlət Kitabxanasında 22-ci dəfə mükafatlandırma mərasimi keçirilib.

İva Pezuaşvilinin “Bunker” romanı yazıçının trilogiyasının ikinci hissəsidir (“Dibin İncili”, “Bunker”, “Maskarafon”). “Bunker” bir neçə ay əvvəl polyak dilində nəşr olunub, mətni polyak dilinə Maqda Novakovska tərcümə edib.

"Bunker" ("İntellecti" nəşriyyatı) "Tsinandali" (ən yaxşı roman) və "Saba" (Gürcüstan ədəbiyyatında sovet və postsovet tarixinin əksi) mükafatları ilə yanaşı, "Avropa İttifaqı Ədəbiyyat Mükafatı"nı qazanmış, bundan sonra əsər fransız dilinə, erməni, polyak və italyan dillərinə tərcümə edilmişdir.

Mənbə:
Netgazeti
Print Email
FaceBook Twitter Google