Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 12
fevraldan 26 fevral tarixinə qədər keçiriləcək. Kəndə dəstək
proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata
Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Vəsait kəndlərin əhali sayına görə bölünüb. Hər kənd üçün ən az 10
000 lari, ən çox 20
000 lari nəzərdə tutulub.
Kəndlərə əsasən ümumi toplantıların və ya məsləhətləşmələrin
keçirilmə tarixini, vaxtını sizə təqdim edirik.
Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə
müxtəlif kəndlərdə aşağıdakı layihələrin həyata keçirilməsi mümkün
olacaq:
- İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri,
baş tikililər, təmizləyici qurğular və s.);
- Suvarma sistemləri;
- Kanalizasiya arxları;
- Sahil bərkitmə işləri;
- Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və
digər yol infrastrukturu;
- Körpülər, keçidlər;
- Küçə işıqları;
- Məktəb ərazisinin abadlaşdırılması;
- Məktəbəqədər təhsil müəssisələri və müvafiq
inventar;
- Ambulatoriya binaları;
- Qəbiristanlıqların hasarlanması və
abadlaşdırılması;
- İdman infrastrukturu , meydançalar və meydançaların
inventarı;
- Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin,
uşaq parkları, eləcə də istirahət məkanları,
ayaqyolu;
- Dəyirmanların və müvafiq inventarların
bərpası;
- Mini SES-lər və belə stansiyaların
bərpası;
- Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq,
müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən
nişanların yerləşdirilməsi.
Vətəndaşlardan layihə təklifləri meriyada, inzibati vahidliklərdə
merin nümayəndələrinin yanında, eləcə də aşağıdakı ünvana elektron
qaydada qəbul olunacaq:
CLOAKING
. Təklifləri
2024-cü ilin 12 fevral tarixinə qədər göndərə bilərsiniz.