Marneuli meriyası yeni veb-səhifə yaradacaq. Meriya yeni
veb-səhifənin yaradılması üçün “Proservis” MMC ilə sadələşdirilmiş
müqavilə bağlayıb.
Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, meriyanın hazırkı
veb-səhifəsi köhnəlib və buna görə yenisini yaratmaq lazımdır.
“Xatırladaq ki, Marneuli meriyasının rəsmi veb-səhifəsi
PHP-nin artıq köhnəlmiş versiyası ilə yazılıb. Çünki istifadə
etdiyimiz hostinq ictimai veb-səhifəyə yerləşdirilib və
təhlükəsizlikdən irəli gələrək provayder trəfindən daim yenilənir,
marneuli.gov.ge-nin bağlanma təhlükəsi var.
Bildiyiniz kimi, meriyanın rəsmi veb-səhifəsinin qaydasında
işləməsi bələdiyyə üçün mühümdür. Çünki buraya ictimai məlumat,
sənədlər, yeniliklər və sosial xidmətlər, bələdiyyə miqyasında
həyata keçirilən fəaliyyətlər haqqında məlumatlar
yerləşdirilir”, – Marneuli meriyasının İctimaiyyətlə
Əlaqələr Xidmətinin rəhbəri Davit Çikadzenin izahatnaməsində qeyd
olunub.
Müqavilənin texniki tapşırığına görə, saytın dizaynında bələdiyyə
loqosu və adı olmalıdır. Eləcə də sayt gürcü və ingilis dillərində
fəaliyyət göstərməlidir. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin
rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, sayt əvvəlcə yalnız gürcü dilində olacaq.
“İndiki mərhələdə sayt yalnız gürcü dilində olacaq.
Gələcəkdə ola bilsin başqa dillərdən də istifadə edək. Bunu sayt
fəaliyyətə başlayandan sonra müəyyən edəcəyik. İndiki mərhələdə
saytın istismar müddəti keçib və bağlana bilər, ona görə təcili
olaraq sayt düzəltdirmək istəyirik ki, arxiv
itməsin”, – Davit Çikadze bildirib.
Marneuli yerli özünüidarəsi yeni saytın yaradılması üçün
“Proservis” MMC ilə 7500 lari dəyərində müqavilə bağlayıb.
Meriyanın yenilənmiş saytında görə biləcəklərinizin siyahısını sizə
təqdim edirik:
- Mətn səhifəsi (meriya haqqında, Bələdiyyə Məclisi
haqqında)
- Görməli yerlər
- Bələdiyyənin meriya, eləcə də Bələdiyyə Məclisinin
vəzifəli şəxslərinin modulu
- Bələdiyyənin xidmətləri
- Fərmanlar
- İclas protokolları
- Müsabiqələr
- Hesabatlar
- Yeniliklər
- Bürolar
- Komissiyalar
- Fraksiyalar
- Sosial proqramlar
- Müraciətlər
- Foto Qalereya
- Video Qalereya
- Əlaqə