Marneuli şəhərində mərkəzi stadionun tikintisi başa çatıb.
Gürcüstan Bələdiyyələrin İnkişafı Fondundan “Marneuli” radiosuna bu
barədə məlumatı təsdiq edirlər. İndiki mərhələdə Marneuli mərkəzi
stadionunun açılışının nə zaman olacağı məlum deyil.
Marneuli bələdiyyəsinin mərkəzi stadionunun tikintisi üçün işlərə 8
il əvvəl başlanılıb. Marneuli meriyası şəhərin mərkəzində stadionun
tikinti işləri üçün lazımı smeta sənədlərini hələ 2016-cı ildən
alıb.
Marneulinin mərkəzi stadionunun tikintisini Gürcüstan hökuməti
maliyyələşdirib. Layihəni Regional İnkişaf və İnfrastruktur
Nazirliyi həyata keçirirdi. Layihənin dəyəri 8 100 000 lari
idi.
FİFA-nın ikinci kateqoriyasına uyğun stadion 2000 azarkeş üçün
nəzərdə tutulub. Stadion kompleksində paltardəyişmə otağı,
ayaqyolu, qida məkanları və s. tikilib. Eləcə də stadionun
işıqları, səs və yanğınsöndürmə sistemləri qurulub,
telereportyorlar üçün xüsusi məkan yaradılıb.
Qeyd edək ki, Marneuli meriyası stadion üçün smeta sənədlərini hələ
2016-cı ildə tərtib etmişdi və bunun üçün 150 000 lari
xərclənmişdi. Amma qeyd olunan sənəd yenilənməli idi, çünki 2017-ci
ildən Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş
“Bina-tikililərin təhlükəsizlik qaydalarının” yeni texniki
reqlamenti qüvvəyə minib. 2019-cu ildə smeta sənədlərində
dəyişiklik edilmiş və bundan sonra işlər üçün birinci tender elan
olunmuşdu. Həmin tender isə dəyişdirilmiş/düzəldilmiş smeta
sənədlərinə görə baş tutmamışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415