Bu gün, 27 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
Gürcüstan yığmasının qələbəsinin təbrik edilməsi ilə açıldı.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze sakinləri 26 mart
tarixində Tbilisidə Gürcüstan yığmasının Yunanıstan yığmasını
məğlub etməsi və tarixdə ilk dəfə Avropa çempionatına vəsiqə
qazanması münasibətilə təbrik edib.
“Bu oyunda Gürcüstan qələbə çalıb və Avropa
çempionatında iştirak etmək hüququ qazanıb. çempionat Almaniyada,
çox möhtəşəm ölkədə keçiriləcək. Bu bizim hər birimiz üçün tarixi
gündür. Mən bizim komandamıza, Gürcüstan yığmasına fədakarlıq, ölkə
sakinlərinə bu qədər sevinc və emosiya verdiklərinə görə,
minnətdarlığımı bildirirəm. Dünən bizim milli stadionda, Dinamo
Arenada, paytaxtda, bütün şəhərlərdə nə baş verdiyini gördük.
Həmçinin, bizim bələdiyyədə də gənclər öz emosiyalarını göstərdilər
və bütün ailələrdə çox böyük sevinc var idi”, -
Amiran Qiorqadze bildirdi.
Marneuli Bələdiyyə Məclisinin sədri sakinlərə vəd verib ki, Avropa
çempionatında Gürcüstan yığmasının birinci görüşünü Marneulidə
xüsusi olaraq yaradılmış məkanda, canlı yayım vasitəsilə izləmək
mümkün olacaq.
“Biz yerli özünüidarə olaraq qərar qəbul etdik ki,
Avropa çempionatı başlayanda Marneulidə məkan seçiləcək, orada
böyük monitor quraşdırılacaq və birlikdə bizim milli yığmamıza
azarkeşlik etmək imkanımız olacaq. Azarkeşlər, gənclər üçün
əyləncəli proqram da olacaq. Oyun başlayana qədər yığmamıza
azarkeşlik etmək üçün yaxşı hazırlaşmalıyıq”, -
Amiran Qiorqadze bildirdi.
Bələdiyyə Məclisinin sədri ilə yanaşı Marneuli meri Kənan Ömərov da
Bələdiyyə Məclisinin iclasında vətəndaşları təbrik edib.
“Mən hamını salamlayıram və bu tarixi qəbələni təbrik
edirəm. Dünən bizim futbol yığmasının qələbəsi vacib, mühüm və
tarixi qələbə idi. Onlara bu qələbə üçün minnətdarlığımı bildirirəm
və eləcə də bizim yığmanın yanında olan hər kəsə minnətdaram.
Onlara uğurlar və daha çox qələbə arzu edirəm”, –
Kənan Ömərov dedi.
Gürcüstan-Yunanıstan arasında futbol oyununun taleyi 11 metrlik
seriyada həll olunub, Gürcüstan yığması Yunanıstan yığmasını 4:2
hesabı ilə məğlub edib. Avro 2024 Almaniyada keçiriləcək. Gürcüstan
yığması F qrupunda Türkiyə, Çexiya və Portuqaliya ilə
qarşılaşacaq.
Bələdiyyə Məclisinin bu gün, 27 mart tarixində baş tutan iclasında
ümumilikdə 8 məsələ müzakirəyə çıxarıldı. Deputatlar bütün
məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.
Foto: Rəşan Ziyadəliyev
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415