Marneuli bələdiyyəsinin Tamarisi kəndinə gedən yolun bərpasına 1
000 000 lari xərclənəcək.
Marneuli meriyası işlər üçün 29 mart tarixində tender elan edib.
Tamarisi yolunun layihə sənədlərini “L Design Group” MMC tərtib
edib. Smeta sənədlərinə görə, yolun bərpası və möhkəmləndirilməsi,
asfalt qatının və yol nişanlarının quraşdırılması
planlaşdırılır.
“Layihədə nəzərdə tutulan hissədəki mövcud örtük
asfalt-betondur. Həmin yolda çatlar, oyuqlar qeydə alınır.
Sifarişçinin tələbini və yerli amilləri nəzərə almaqla yol
örtüyünün ikiqat tikintisi həyata keçiriləcək. Sifarişçinin
tələbinə görə, hərəkət hissəsi, yerli birləşmələr və yoldan keçən
su borularının bərpaya ehtiyacı var. Asfalt qatı çəkilənə qədər
suyun qarşısını almaq üçün tədbir görülməlidir ki, su hərəkət
hissəsinə yığılmasın. Mövcud yeraltı və yerüstü naqil şəbəkəsinin
sıradan çıxmasının qarşısını almaq məqsədi ilə tikinti zamanı
sahibkar təşkilat nümayəndələri çağırılıb”.
Tamarisi yolunun 1 milyonluq tender vəsaitinin 69,9% dövlət, 31,1%
isə yerli özünüidarə büdcəsindən maliyyələşdirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 14-19 aprel tarixlərində
öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə
bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415