Marneuli meriyası 62 bayrağa 8 850 lari ödəyib. Yerli özünüidarə
bayraqları sadələşdirilmiş qaydada fərdi sahibkar Əkrəm
Qəhrəmanovdan alıb.
Meriya hündürlüyü 10 metr, eni 15 metr olan 1 bayrağa 6 800 lari
ödəyib. 4 metrlik bayrağı isə 1 270 lariyə, 100 santimetrlik 60
ədəd bayrağı isə 780 lariyə alıblar.
“Xatırlatmaq istərdik ki, hər il Marneuli yerli
özünüidarəsi zəruri təşkilati və inzibati ehtiyaclardan irəli
gələrək müxtəlif xüsusiyyətlərə və parametrlərə malik bayraqlar
alır. Cari ilin ehtiyacları üçün müvafiq bazar araşdırması
prosesinə başlamışıq. Beləliklə, satınalmanın yuxarı həddi
tənzimlənən dövlət qanunvericiliyi ilə müəyyən edilmiş
sadələşdirilmiş satınalma həddini aşır. Ona görə də
qanunvericilikdə nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini
təmin etmək üçün müvafiq xidmətə tapşırıq verməyinizi
istərdik”, – sadələşdirilmiş tenderin izahatnaməsində
yazılıb.
Meriyanın 10 metrlik bayrağı hansı məqsədlə aldığı və haraya
yerləşdirəcəyi ilə bağlı “Marneuli” radiosu Marneuli meriyasından
cavab gözləyir.
Cavab alan kimi material yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415