Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi
brifinqdə 5 qubernatorun vəzifədən azad olunacağını bildirib.
Kvemo Kartli qubernatoru Qriqol Nemsadze də həmin qubernatorlar
arasındadır.
Baş nazirin dediyinə görə, Şida Kartli, Msxeta-Mtianeti,
Sameqrelo-Zemo Svaneti, Samsxe-Cavaxeti qubernatorları
vəzifələrindən uzaqlaşdırılacaqlar. Kvemo Kartli qubernatoru Qriqol
Nemsadze də vəzifəsindən azad olunacaq qubernatorlar arasındadır.
Mamuka Baxtadzenin dediyinə görə, bu bölgələrin qubernatorlarını,
eləcə də səhər saatlarında vəzifəsindən istefa verdiyi məlum olan
İmereti qubernatorunu kimin əvəz edəcəyi yaxın günlərdə məlum
olacaq.