Qızılhacııdakı 49 saylı seçki məntəqəsində səyyar seçki qutusunu qadınların aparmasına icazə verməyiblər
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 49 saylı seçki məntəqəsində səyyar seçki qutusunu qadınların aparmasına icazə verməyiblər.
Komissiya sədrinin bildirdiyinə görə, bir halda ki, komissiyanın 2 komissiya üzvü də qadın imiş, qutunu onların aparmasını məqsədyönlü hesab etməyib və funksiyaları özü müəyyən edib.

Məntəqədə komissiya üzvlərinin hüququnun bölünməsi qanun pozuntusu ilə baş verib. Funksiyaların bölünməsində komissiya üzvlərinin hamısı iştirak etməyib.

Həmin məntəqədə şikayət kitabçasına hələ ki, 4 şikayət daxil edilib. Onlardan 2 səyyar seçki qutusu ilə bağlı komissiya üzvlərinin seçilməsinə, digər ikisi isə “Gürcüstan Gənc Hüquqşünaslar Assoiasiyasının” müşahidəçisinin işinə mane olma və gizli səsvermə prinsiplərinin pozulması ilə bağlıdır.




Print Email
FaceBook Twitter Google