Vəkilin sözlərinə görə Davit Kirkitadze aclıq elan edib
Vəkil Giorgi
Kondaxaşvilinin sözlərinə görə, Davit Kirkitadze aclıq elan
edib.
Vəkil bu haqda jurnalistlərə Kirkitadzeni
təcridxanada ziyarət etdikdən sonra bildirib.
Vəkil jurnalistlərə izah edib ki, Davit Kirkitadze həbsini siyasi
təqib kimi qiymətləndirir və onun tərəfindən polisin hansısa
nümayəndəsinə qarşı zorakılıq ittihamını qəti şəkildə təkzib
edir.
Vəkilin qdəyərləndirməsinə görə, Kirkitadzenin işi ilə bağlı
istintaq başlanılan maddənin hüquqi tərkibi uyğun deyil, çünki
Davit Kirkitadzenin izahatına görə, qarşıdurma zamanı o, özünün
konstitusional hüququnu həyata keçirirmiş və qoruyurmuş.
“Təfərrüatları müdafiəm altında olan şəxslə
məsləhətləşdikdən sonra bildirəcəm. O, əlbəttə iddia edilən
cinayəti qəbul etmir. Onun ittihamı hüquqi baxımdan
cəfəngiyyatdır” - Giorgi Kondaxaşvili bildirib.
VMH-ın liderlərindən biri Davit Kirkitadze 17 dekabrda
saxlanılıb.