Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşdə ölkələr
arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə
toxunulub.
Tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli
formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə regionda
sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.
Hökumət başçısı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə
göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan
əlavə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyi
qeyd edilib.
İclasda Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, daxili
işlər naziri Vaxtanq Qomelauri iştirak edib.