ABŞ Gürcüstanda xarici agentlərlə bağlı layihənin parlamentdə müzakirəsindən narahatdır
ABŞ Dövlət Departamenti Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” (Xarici agentlər haqqında) qanun layihəsini növbəti dəfə parlamentə təqdim etməsindən dərin narahatlıq keçirir.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin “X” platformasındakı paylaşımında qeyd olunub.

“Biz Gürcüstan parlamentinə təqdim edilmiş qanun layihəsinin Gürcüstanı Avropa yolunda relsindən çıxarmasından və Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər vurmasından dərin narahatlıq keçiririk. Biz Gürcüstan hökumətini Aİ istəklərini irəli aparmağa çağırırıq”, - paylaşımda qeyd olunub.


Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google