BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətinə “xarici təsirlərin
şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb.
Bu barədə təşkilatın “X” platformasındakı paylaşımında məlumat yer
alıb.
“Biz Gürcüstan rəsmilərini maliyyəsinin 20%-dən çoxunu
xaricdən qəbul edən vətəndaş cəmiyyəti təşkilatları və media
orqanlarını “xarici qüvvələrin maraqları əsasında fəaliyyət
göstərən təşkilatlar” kimi damğalayacaq bu qanun layihəsini geri
çəkməyə çağırırıq. Bu, söz və birləşmək azadlığına ciddi təhdid
törədir”, - bəyanatda bildirilib.