Xalq müdafiəçisinin sözlərinə görə, bu gün o, deputat Aleko
Elisaşviliyə qarşı "iddia edilən qeyri-münasib rəftar faktı ilə
bağlı araşdırmaya başlamaq üçün" istintaq xidmətinə müraciət
edəcək.
“Gürcüstan Parlamenti birinci oxunuşda “xarici agentlər
haqqında” qanun layihəsini təsdiqləyib, bu, Avropa İttifaqının
fikrincə, ölkənin bloka qoşulma yolunu təhdid edir və etirazlara
səbəb olur”, - deyə “Reuters”in məqaləsində qeyd
olunub.
Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin
layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq
heç kimə qarşı yönələ bilməz.