Milli imtahanlara qeydiyyat başlayıb
2024-cü ilin vahid milli imtahanlarına qeydiyyat başlayıb - qeydiyyat 4 mart saat 10:00-dan aprelin 4-ü saat 18:00-dək aparılacaq.

Qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin saytında aparılır.

Naec-in sözlərinə görə, bu il abituriyentlərin qeydiyyat prosesi bir neçə mərhələdə baş tutacaq:
  • Birinci mərhələdə abituriyent şəxsi məlumatlarını doldurmağa, imtahan şəhərini, keçəcəyi fənləri seçməyə və zəruri hallarda xüsusi şərti qeyd etməyə borcludur;
  • Abituriyentlər 15 aprel saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər;
  • İmtahan verənlərin apelyasiya nəticələrinin dərc olunduğu gündən sonrakı gün saat 18:00-dək təhsil proqramlarının siyahısında dəyişiklik etmək imkanı olacaq.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google