Ölkə üzrə 134 dövlət məktəbi var ki, orada yalnız bir namizəd vakant direktor vəzifəsi üçün müraciət edib
Ölkə üzrə 134 dövlət məktəbi var ki, orada yalnız bir namizəd vakant direktor vəzifəsi üçün müraciət edib.

Bundan əlavə, ölkə üzrə 18 məktəb var ki, orada heç bir namizəd direktor olmaq arzusunu bildirməyib və vakant yerə ərizə verilməyib.

Dövlət məktəbinin Qəyyumlar Şurasına təqdim olunması üçün direktorluğa namizədin elektron qeydiyyatı martın 2-də başa çatıb.

Ölkə üzrə 1220 məktəbdə direktor vəzifəsi vakantdır.

Məlumat üçün bildirək ki, ölkədə 2086 dövlət məktəbi fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google