Bir ildə dörd ölüm hadisəsi – Marneulidə qatar qəzaları

Marneulidə təxminən bir il ərzində (yanvar-noyabr) qatarın vurması nəticəsində 4 nəfər dünyasını dəyişib.


Onlardan biri 21 noyabr tarixində baş vermişdi. Bu qəzada qatar iki nəfər ortayaşlı şəxsin həyatına son qoymuşdu. Hadisə Saimerlo kəndində baş vermişdi. Qatar içərisində iki nəfərin olduğu minik maşınını vurmuşdu. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin dəmiryolu hərəkəti təhlükəsizliyinin və ya istismar qaydalarının insan həyatının itirilməsi ilə nəticələnən pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaq davam edir.

Digər bir hadisə 15 oktyabr tarixində dəmiryolunun Marneuli-Şulaveri hissəsində baş vermişdi. Həmin vaxt qatar 30 yaşlarında bir şəxsi vurmuşdu. Şahidlərin sözlərinə görə, həmin şəxsin sərxoş olub. O, başını aşağı salıb relslərin üstündə otururmuş və qatarın xəbərdarlıq siqnalı verməsinə baxmayaraq relslərin üstündən qalxmayıb.

Daha bir hadisə isə 19 yanvar tarixində baş vermişdi və 12 yaşlı yeniyetmənin həyatına son qoymuşdu. Dünyasını dəyişən yeniyetmə Marneuli 2 saylı ictimai məktəbinin 7-ci sinif şagirdi idi. O, ikinci növbədə təhsil alırdı və məktəbdən evə qayıdarkən qatar vurmuşdu.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google