Rəşad Orucov Almaniyada keçirilən turnirində Avropa və dünya medalçısını məğlub edib (VİDEO)
15:17 / 02.11.2022
31 oktyabr tarixində Gürcüstan milli yığmasının üzvü Rəşad Orucov
Almaniyanın Nieder-Liebersbach şəhərində keçirilən “Regionalliga
Baden-Württemberg” liqasında növbəti qələbəsini qazanıb.
O, növbəti rəqibini – Avropa və dünya çempionatlarının medalçısı
olan Rumıniyalı Florin Titayı məğlub edərək qələbə qazanıb.
İdmançının məşqçisi Təbriz Bağmanov “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, Almaniya klubunu təmsil edən Orucov 22 oktyabr
tarixində keçirilən yarışda ilk görüşünü cəmi 57 saniyəyə başa
vuraraq qələbə qazanmışdı.
“Rəşad Orucov Almaniyada keçirilən liqada hələlik üç görüş keçirib
və hər birində də qələbə qazanıb. Rəşad rəbinin titulu olmasına
baxmayaraq, onu da məğlub etməyi bacardı. O, yarışlara daha həvəslə
hazırlaşırdı və sonda qələbə əldə etdi. Rəşadın qələbə qazanması
bizim məktəbi, sevdiklərini, ölkəni qürurlandırdı. Ondan
qələbələrin davamının gəlməsini gözləyirik. Onu da qeyd edim ki,
ikinci rəqibi uduzacağını bilib və döyüşə çıxmaqdan imtina etdi.
Bununla da Rəşad texniki qələbə qazandı”, – Təbriz
Bağmanov dedi.
Əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad
Orucov artıq 9 yarış üçün müqavilə imzalayıb.