28 aprel tarixində Tbilisidə yerləşən Gürcüstan Dövlət Bədən
Tərbiyəsi və İdman Tədris Universitetində Viktor Saneyev adına
yüngül atletika üzrə açıq çempionat keçirilib.
Çempionatda bir sıra universitetdən 90 tələbə və uşaqlar iştirak
ediblər. Həmin yarışda İdman Unversitetinin 1-ci kurs tələbəsi, 21
yaşlı Rəşad Orucov 400 metr məsafəyə qaçış üzrə çempion olub.
Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov
yarışda iştirak etdiyinə və uğur qazandığına görə çox sevinir.
“Universitetlər arası yüngül atletika üzrə turnir
keçirildi. Bu turniri İdman Universiteti keçirirdi. Başqa
universitetlərdən də idmançılar var idi. Mən bu yarışda 400 metr
məsafəyə qaçış üzrə iştirak edirdim. Mən 400 metr məsafəyə qaçışda
birinci yerə layiq görülərək, medal, diplom və bir sıra mükafatlar
aldım”, – Rəşad Orucov dedi.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd əfsanəvi gürcü
idmançısı, üçqat olimpiya çempionu Viktor Saneyevin adının
əbədiləşdirilməsi, gənclərin idmana həvəsinin artırılması və sağlam
həyat tərzini təbliğ edilməsidir.