Rusiyalı təbliğatçı və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarovanın fikrincə, NATO-nun məqsədi Cənubi
Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Rusiya isə sülhə
yönəlib.
Zaxarova deyir ki, Alyans Rusiyanın sülh siyasətini bəyənmir.
“Bu keçmiş sovet respublikasının müdafiə və
təhlükəsizlik sektorlarına nəzarəti bərqərar etməyə yönəli, Tbilisi
üçün koalisiya standartlarını əymək üçün fəal səylər
var”. - dedi.
Bu açıqlama ilə rusiyalı təbliğatçı Şimali Atlantika Alyansının baş
katibi Yens Stoltenberqin Cənubi Qafqaz turnesinə cavab verib -
Stoltenberq Bakıda, Tbilisidə və İrəvanda olub.
Zaxarova Ermənistan və Azərbaycan haqqında da danışıb:
“Onların səyləri İrəvanın Moskva ilə münasibətlərini
gözdən salmağa, ideal halda isə tamamilə pozmağa yönəlib. Qərb bunu
gizlətmir.
Onlar çalışırlar ki, bizim Bakı ilə tərəfdaşlıq münasibətlərimizə
fitnə-fəsad salsınlar”. - Rusiya Xarici İşlər
Nazirliyinin nümayəndəsi bildirib.