Prezident seçkilərinin ikinci turu ən gec dekabrın 2-dək keçiriləcək
Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvania bildirib ki, MSK seçkilərin yekun nəticələrini maksimum 20 gün ərzində elan etməlidir. Prezident seçkilərinin ikinci turu isə ən gec son nəticələr elan edildikdən iki həftə sonraya təyin olunmalıdır. Müvafiq olaraq, ikinci tur dekabrın 2-dək keçiriləcək. Lakin, ikinci tur daha əvvəl də baş tuta bilər və bu, Mərkəzi Seçki Komissiyasının yekun nəticələri
elan etməsindən asılıdır.

29 oktyabra saat 9.00 üçün olan məlumata görə, görə seçki məntəqələrinin 99.57 faizi sayılıb. İlkin nəticələrə əsasən, namizədlərin (ilk üçlük) nəticələri aşağıdakı kimidir:
  • Salome Zurabişvili - 38,66% (614 964 səs);
  • Qriqol Vaşadze - 37,7% (599 662 səs);
  • Davit Bakradze - 10,97% (174 555 səs);
28 oktyabr prezident seçkilərində 25 namizəd iştirak edirdi. Salome Zurabişviliyə gəldikdə, onu hakim "Gürcü arzusu" partiyası dəstəkləyirdi.

Üçüncü yerə sahib olan Davit Bakradze, ikinci turda "Birləşmiş Müxalifət"in namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini bildirib.

Prezident seçkilərində seçicilərin fəallığı 46,74% təşkil edib ki, bu da səsvermədə 1 637 956 seçicinin iştirak etməsi deməkdir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google