Biznesmendən məbləğ qəsb etmə ittihamı ilə onun keçmiş sürücüsü həbs olunub - DİN
DİN-in məlumatına görə, biznesmendən böyük miqdarda pul qəsb etmə ittihamı ilə bir nəfəri Veldə saxlayıblar.
Müəssisədən bildirirlər ki, hüquq mühafizəçiləri tərəfindən aparılan operativ istintaq tədbiri nəticəsində məlum olub ki, ittiham olunan şəxs Axaltsixedə biznesmen M.M.-ya hədələmə məzmunlu məktublar göndərirmiş və ondan 50 000 lari almağa çalışırmış. Saxlanılan şəxs həmçinin keçmişdə biznesmenin sürücüsü olaraq çalışırmış, ailə üzvləri haqqında
məlumatı varmış və biznesmeni yaxınlarını öldürməklə hədələyirmiş.

İstintaq CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin "q" altbəndi ilə gedir. Maddə böyük miqdarda mülkün əldə olunması məqsədi ilə qəsb etməni nəzərdə tutur.

Təsdiqləndiyi halda törədilən cinayət 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google