Zaur Tabatadzenin 2018-ci il üçün ən mühüm hesab etdiyi 3 layihə
“Yenə də böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazisində parkın yaradılması, Sadaxlı uşaq bağçası və Algeti uşaq bağçasının açılışı – bunlar Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin 2018-ci ildəki 3 ən mühüm layihəsidir.
İlk üçlüyə daxil olmasa da, Zaur Tabatadze Dəmyə-Görarxında tikintisinə yaxın vaxtlarda başlanılacaq sahil bərkitmə işləri layihəsini də çox mühüm hesab edir.

“Yenə də böyüyəcəklər”
abidəsinin bərpası və ətrafının abadlaşdırılması işlərinə artıq başlanılıb. Bu layihə üçün Marneuli bələdiyyəsinin büdcəsindən 994 848 lari ayrılıb. Tender şərtlərinə görə, işlər 2019-cu ildə tamamlanmalıdır. Tenderdən aydın olur ki, abidənin bərpası və istirahət parkının yaradılması işləri iki mərhələdə həyata keçiriləcək.

1975-ci ildə qoyulmuş abidə təmizlənəcək və sıradan çıxmış hissə abidənin bətii-arxitektur kompozisiyası dəyişdirilməyəcək şəkildə bərpa ediləcək. Belə ki “Yenə də böyüyəcəklər” abidəsi mədəni irs statusuna malikdir.

Marneuli meriyası tərəfindən yayımlanmış bəyanatda qeyd olunub ki, abidənin bərpa olunmasından başqa, ətrafında də bir neçə zonaya bölünmüş parkın salınması da planlaşdırılır.

Algeti və Sadaxlı uşaq bağçaları isə müasir standartlara cavab verəcək şəkildə tikilib və hər biri 150 uşaq üçün nəzərdə tutulub. Lakin Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə görə, hər iki bağçada 180 nəfər uşaq yerləşdirmək mümkün olacaq.

Print Email
FaceBook Twitter Google