Küçədə açıq şəklidə satılan ət niyə təhlükəlidir

Ərzaq Mühafizəsi Agentliyi və Ətraf Mühit və Kənd Təsərrüfatı təşkilatı – FAO, əhalini gigiyenik normaların və ətin saxlanma şərtlərinin qorunmadığı yerlərdən ət və ət məhsullarını almaqdan çəkinməyə çağırır.


Qeyd edilməlidir ki, yen il günlərində ət məhsullarından istifadə artır. Artmış tələblər fonunda tez-tez ət istehsalı etibarlı mühitdə olmur, saxlama şərtləri qorunmur. Ətin mənşəyi, heyvanın kəsildiyi yer naməlumdur.

"Marneuli" radiosu ilə söhbətində Ətraf Mühit və Kənd Təsərrüfatı təşkilatların layihə rəhbəri Mixeil Soxadze deyir ki, ət məhsullarının müvafiq prosedurlara əməl edərək saxlanılması vacibdir.

“Daxıldan kənarda satılan məhsul, xüsusilə tez xarab olan məhsuldan danışıram. Böyük ehtimalla həmin heyvan baytar yoxlamasının nəzarəti altında kəsilməyib. Və aydındır ki, insan sağlamlığı və həyatı üçün təhlükəli olması istisna deyil” – deyir Mixeil Soxadze.

Soxadze izah edir ki, hər bir vətəndaşın ət məhsullarını alan zaman satıcıdan məhsulun sənədini tələb etmək hüququ var. Sənəd ətin sağlamlığını təsdiq edir.

“Satıcı məcburdur ki, heyvanın, ətin mənşəyini təsdiq edən sənədi göstərsin. Əgər alıcını maraqlandırarsa Milli Ərzaq Mühafizəsi Agentliyinə də müraciət edə bilər və heyvanın sahibinin kim olduğunu və sallaqxanaya qədər hansı yolu keçdiyini də öyrənə bilər” – deyir Mixeil Soxadze.

Milli Ərzaq Mühafizəsi Agentliyi və BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı – FAO-nun ət məhsullarının əldə edilməsi haqqında yayımladığı məlumatı təqdim edirik.

Heyvan əti alan zaman istifadəçi bəzi mühitlərə diqqət yetirməlidir: Ət təmiz, bağlı soyuducuda, müvafiq temperatur rejimini qorumaqla saxlanılmalıdır. Temperatur 2-dən 6 dərəcəyə kimi müəyyən edilib. Saxlama müddəti 48 saatdır.

Satılan ətin etiketinə bu məlumatlar vurulmalıdır:

•Ölkənin adı (sallaqxana harada yerləşir), sallaqxananın tanınması və ya şərti tanınma nömrəsi (heyvan harada kəsilib); Eləcə də hazırlanma tarixi və saatı;
•Əgər ət Gürcüstanda doğulmuş, böyümüş heyvandan əldə olunubsa (“Mənşə - Gürcüstan”), etiketdə heyvanın identifikasiya qulaq işarə nömrəsi qeyd olunmalıdır;
•Əgər ət idxal olunubsa, etiketdə idxal olunan ölkənin adı qeyd olunmalıdır;
•Müxtəlif mənşəli ət (inək,qoyun donuz, keçi) soyuducuda ayrılıqda yerləşdirilməlidir. Eləcə də müxtəlif ölkələrdən (Braziliya, Ukrayna və başqa) idxal olunan ətlər də ayrı-ayrılıqda yerləşdirilməlidir;
•Etiketdə ətin saxlanıldığı soyuducu haqqında məlumat görsənən yerdə qeyd olunmalıdır;


FAO və Ərzaq Mühafizəsi Agentliyi qeyri-rəsmi ticarət yerlərində ət və ondan hazırlanan məhsulların qiymətinin xüsusi mağazalardan bir az fərqli olmasını nəzərə alırlar. Ancaq əhali bilməlidir ki, baytar nəzarətindən kənar kəsilmiş və istehsal olunmuş ət və heyvan mənşəli məhsullarında (süd, pendir, balıq və.s) insan xəstəliklərinin riski olduqca yüksəkdir. İnfeksiyaya yoluxmuş heyvandan insana həyati və sağlamlıq üçün təhlükəli olan xəstəliklər keçə bilər.

Özünüzün və ailə üzvlərinizin sağlamlığının qayğısına qalın və şübhə hiss edən məqamda xahiş edirik Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə zəng vurun: 15 01.

 

Print Email
FaceBook Twitter Google