Marneulidə "Alilo" bayramı qeyd olunub
Milad bayramı ilə əlaqədar Marneuli bələdiyyəsində “Alilo” yürüşlə qeyd olunub.
“Alilo” iştirakçıları yürüşə Marneuli və Hücəba eparxiyasının yepiskopu Giorginin xeyir-duası ilə bu gün saat 12:00-da Marneuli Davit Ağmaşenebeli adına katedral kilsəsindən başladılar və Mədəniyyət Evinin qarşısında bitirdilər.

Marneuli meriyası tərəfindən yayımlanan məlumatda qeyd olunur ki, özünüidarəetmə nümayəndələri yürüşə Mədəniyyət Evinin qarşısında qoşulublar.

Yürüşdə ruhani şəxslər, Marneulidə yaşayan
vətəndaşlar, yerli və mərkəzi hakimiyyət nümayəndələri iştirak ediblər.

İştirakçıların yol boyunca topladığı hədiyyələr xeyriyyəçilik üçün istifadə olunacaq.

Qeyd edilməlidir ki, Milad Alilosundan sonra Mədəniyyət Evinin konsert zalında “Milad ulduzu” tədbiri keçirilib. Tədbirdən sonra Giorgi Ata Milad bayramının əhəmiyyətindən danışıb və oraya toplanmış ictimaiyyət nümayəndələrini təbrik edib.

Gürcüstan Alilo ənənəsi öz mənbəyini V-VI əsrdən götürür.

Bayramı qeyd etmək ənənəsi isə 2000-ci ildə katolik-patriarxı İlia II-nin xeyir-duası ilə bərpa olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər