GDI yığım pensiyası qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edir
“Gürcüstan Demokratik Təşəbbüsü” (GDI) qeyri-hökumət təşkilatı vətəndaşların pensiya sisteminə məcburi şəkildə qoşulmasının ləğvi və qərar qəbul edilənədək onun dayandırılması tələbi ilə Gürcüstan Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edəcək.
GDI “Yığım pensiyası haqqında” Gürcüstan qanununun mübahisəli müddəalarını Gürcüstan Konstitusiyasının 19-cu maddəsinə (mülkiyyət hüququ) və 11-ci maddəsinə (bərabərlik hüququ) zidd hesab edilməsini tələb edir.

GDI hesab edir ki, yığım
pensiyası sisteminə məcburi şəkildə qoşulma və pensiya fonduna məcburi ödənişlərin təsis olunması işçinin hüquqlarını əsassız şəkildə məhdudlaşdırır, işəgötürən üçün isə əmlakın müsadirə olunmasına bərabərdir. Təşkilatın dəyərləndirmələrinə görə, büdcədən işçinin xeyrinə pensiya fonduna vəsaitin köçürülməsi bərabərhüquqluluq prinsipinə əsaslanmır və vətəndaşlar arasında mülkiyyət əlamətlərinə görə ayrı-seçkiliyə səbəb olur.

Yığım pensiya sistemi 1 yanvar 2019-cu ildən qüvvəyə minib. İşlə təmin olunmuş 40 yaşadək vətəndaşların yığım pensiya sistemində iştirakı məcburidir. Onlar maaşlarının 2%-ni pensiya fonduna köçürməyə məcburdurlar. Pulun köçürülməsini işçinin adından işəgötürən həyata keçirir.

GDI həmçinin hesab edir ki, işəgötürənin işçinin əməkhaqqının 2%-ni pensiya fonduna köçürmə məcburiyyəti onun üçün əlavə vergi deməkdir. İşəgötürən başqa şəxslərin xeyrinə pul köçürür və bu qeyri-müvafiq, qeyd-şərtsiz pul köçürülməsidir ki, yekunda dövlətin məqsədlərinin həyata keçirilməsi üçün istifadə olunur və işəgötürənin vergi yükünü 2% artırır. Bundan əlavə, işəgötürən onun tərəfindən köçürülmüş pulları heç vaxt geri qaytara bilməyəcək ki, bu da Konstitusiya ilə müəyyən olunmuş hüquqlara zidd olaraq onun əmlak hüququnun qəsb olunmasıdır.

GDI hesab edir ki, dövlət tərəfindən 2%-lik və 1%-lik köçürmələrin bu qayda ilə həyata keçirilməsi Konstitusiya ilə müəyyən olunmuş bərabərlik hüququna ziddir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google