Marneulidə donuz qripinə yoluxma halı qeydə alınmayıb
Marneulidə donuz qripi qeydə alınmayıb. “Marneuli” radiosuna bu barədə məlumatı Marneuli Səhiyyə Mərkəzini rəhbəri Eter Laperadze verib və bildirib ki, H1N1 halı laborator olaraq aşkarlanmayıb. Qrip əleyhinə “Tami-flu” preparatı baxımından isə xəstəxanalarda heç bir problem yoxdur və dərmanlar 28 dekabr tarixindən paylanılıb.

“Donuz qripi qeydə alınmayıb. Marneulidə virusa qarşı müalicə aparılır. Artıq “Aversi”də 11 qutu “Tami
-flu” istifadə olunub”,
- Eter Laperadze bildirib.

Bu vaxta qədər Gürcüstanda laboratoriya tərəfindən təsdiqlənən qrip virusundan 10 ölüm halı qeydə alınıb.
Keçən həftəyə olan məlumata görə, xəstəliyə yoluxanların sayı 21 nəfər azalıb. Ötən həftə bu göstərici 100 min nəfərə 277 yoluxma idisə, indi 256 nəfərə düşüb.

Səhiyyə Nazirliyi vətəndaşları qrip əlamətlərinin aşkarlanması halında dərhal xəstəxanaya müraciət etməyə çağırır.

Print Email
FaceBook Twitter Google