"Gürcüstan Poçtu"ndan əmanətlərın götürülməsi ödənişli oldu

Etibar Daşdəmirov Marneulinin poçt ofisinə tez-tez gedir. Onlayn saytlardan ucuz qiymətə istədiyi məhsulu alır və həftələrlə onun gəlməsini gözləyir.

İndi isə vəziyyət onun üçün çətinləşir. O, öyrənib ki, əmanəti götürən zaman 2 lari dəyərində məbləğ ödəməli olacaq.

“Məsələn, bəzən elə əşyalar alıram ki, 5 lariyə başa gəlir. Gürcüstanda isə həmin əşya 8 laridir. Belə çıxır ki,
mən istədiyim məhsulu 7 lariyə almış oluram və düşünürəm ki, 1 lariyə görə bir ay gözləməyə dəymir”
– deyir Etibar Daşdəmirov.

Gürcüstan poçtu yeni tarifi 2019-cu ilin 3 yanvarından qəbul edib. Ofisdən izah edirlər ki, beynəlxalq daxil olan poçt göndərmələrinin gömrük kontrolundan keçmə xidməti 2 lariyə başa gəlir.

Qeyd olunan dəyəri Gürcüstan poçtunun servis mərkəzlərində əmanətinizi götürərkən ödəyə bilərsiniz. Belə ki, əgər siz Gürcüstan poçtunun “əmanətin kuriyer tərəfindən ünvanına çatdırılması” kimi əlavə xidmətindən istifadə edərsinizsə dəyəri əşyanı istədiyiniz ünvanda qəbul edən zaman əlavə dəyərlə birgə də ödəyə bilərsiniz.

Qiymətlərin dəyişməsi Gürcüstan poçtundan bildirdiklərinə görə “istifadəçilərə xidmərin və poçt əməliyyatı prosesinin yüksək standartlarının əsasının qoyulması ilə bağlıdır. Qeyd edək ki, Gürcüstan poçtu istifadəçilərə qarşı cavabdehliyi nəzərə alır və rəqiblərlə yanaşmada yerli və eləcə də beynəlxalq poçt məhsulları istiqamətində ən aşağı qiymətləri qoruyub saxlayır”.

 

 

Print Email
FaceBook Twitter Google