Davit Kirkitadzenin işi ilə bağlı qərarı məhkəmə bu gün elan edəcək
Davit Kirkitadzenin qubernator olduğu zamanlar vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirildiyi cinayət işi ilə bağlı qərarı məhkəmə bu gün elan edəcək.
Xatırladırıq ki, Davit Kirkitadzeyə qarşı istintaq başqa bir cinayət işi üzrə də davam edir. Ona qarşı 19 dekabr tarixində Kaxeti Polis Departamentində ittiham irəli sürülüb. İstintaq Kirkitadzeni Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə –
16 dekabr tarixində Velistsixedə keçirilmiş aksiyada polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurmaqda ittiham edir.

Bu məsələ ilə bağlı Kirkitadze barəsində ilkin həbs-qətimkan tədbiri seçilib.

Print Email
FaceBook Twitter Google