Marneuli məktəblərində dezinfeksiya işləri aparılır
Marneuli məktəblərində dezinfeksiya işləri həyata keçirilir. Radiomuza bu barədə məlumatı Marneuli Resurs-Mərkəzinin direktoru Kənan Ömərov verdi.

Ömərovun bizimlə söhbəti zamanı bildirdiyinə görə, dezinfeksiya işləri Marneulidə olan bütün 74 məktəbdə də həyata keçirilir və belə tədbirlər dərs prosesi başlandıqdan sonra da mərhələli şəkildə davam etdiriləcək.

Yeni il tətilindən sonra məktəblərdə dərs prosesi 15 yanvar tarixində başlamalı idi, lakin ölkədə
yayılmış H1N1 virusuna görə tətillər 21 yanvar tarixinədək uzadıldı.

Məktəblərdən başqa tədris prosesinin başlanması məktəbəqədər təhsil müəssisələri və ali məktəblərdə də təxirə salınıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər