Kirkitadze vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə bağlı iş üzrə bəraət qazanıb

Tbilisi Şəhər Məhkəməsi “Vahid Milli Hərəkat”ın üzvü Davit Kirkitadzeni vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə bağlı iş üzrə günahsız hesab edib.


Bu barədə “Netgazeti”yə Tbilisi Şəhər Məhkəməsindən bildiriblər. Qeyd olunan işlə bağlı Davit Kirkitadzeyə 10 000 lari dəyərində qoyulmuş girov da ləğv olunub.

İstintaq Xidməti Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Davit Kirkitadzenin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamı
ilə 23 fevral 2015-ci il tarixində məsuliyyətə cəlb etmişdi. İstintaq Davit Kirkitadzeni 2011-2012-ci illərdə onun göstərişi ilə Kvemo Kartli bələdiyyəsinə məxsus xüsusi texnikanın Gürcüstan qanunlarını pozmaqla Davit Kirkitadzenin qardaşı İrakli Kirkitadze və keçmiş dövlət məmuru Qiorqi Udesianinin birgə şirkətləri “Avtohaus-Rustavi2011” MMC və “Titan 2011” MMC tərəfindən Tbilisi-Rustavi şosesi kənarında maşın bazarının tikintisində istifadə etməkdə, bununla da dövlətə 248 400 lari maddi zərər vurmaqda təqsirləndirirdi. Davit Kirkitadzeyə qarşı ittiham qiyabi olaraq irəli sürülmüşdü, ancaq məhkəmə ona 10 000 lari dəyərində girov tətbiq etmişdi.

Davit Kirkitadzeyə qarşı Cinayət Məcəlləsinin başqa bir maddəsi ilə də istintaq davam edir. Ona qarşı 19 dekabr tarixində Kaxeti Polis Departamentində ittiham irəli sürülüb. İstintaq Kirkitadzeni Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə – 16 dekabr tarixində Velistsixedə keçirilmiş aksiyada polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurmaqda ittiham edir.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google