Saimerlo uşaq bağçasının tikintisi 30 martadək başa çatmalıdır

Saimerlo kəndində uşaq bağçasının tikintisi bu günədək tamamlanmayıb. Müqaviləyə əsasən “Montajçı Nika” şirkəti tikinti işlərini 10 dekabr 2018-ci ilədək tamamlamalı idi.


Şirkət müqavilə şərtlərini pozduğuna görə, ona cərimələnməlidir. Marneuli meriyasının İnfrastrukturun İnkişafı, Analizi və Monitorinqi Şöbəsinin rəhbəri Davit Mumladzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, bələdiyyə və şirkət arasında imzalanmış müqavilənin müddəti başa çatanadək şirkətin işləri başa çatdırmaq hüququ
var.

Saimerlo uşaq bağçası ilə bağlı imzalanmış müqavilə 30 mart 2019-cu ilədək qüvvədədir, buna görə də “Montajçı Nika” şirkəti uşaq bağçasını məhz 30 martadək tamamlamalıdır.

Şirkədə 10 dekabr tarixindən cərimə tətbiq olunmasına baxmayaraq, Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun cərimənin miqdarı ilə bağlı heç bir məlumatı yoxdur.

“İşlərin tamamlanması üçün müəyyən olunmuş vaxt başa çatmadığına görə, rəhbəri olduğum xidmətdə vaxt qeyd olunmayıb, buradan irəli gələrək dəqiq məlumatım yoxdur”, – Vüqar Məmmədov bildirib.

Saimerlo uşaq bağçası 120 uşaq üçün nəzərdə tutulub. Bağçanın tikinti sənədindən aydın olur ki, uşaq bağçasının binasında dörd tam qrup bloku və digər köməkçi otaqlar olacaq. İkinci mərtəbədə isə uşaq qrupları ilə birlikdə rəhbərliyin otağı və idman/incəsənət tədbirləri üçün zal olacaq. Bina məhdud fiziki imkanlı şəxslər üçün uyğunlaşdırılacaq.

Layihə yerli büdcədən maliyyələşdirilir və müqavilə dəyəri 587 000 lari təşkil edir.

Uşaq bağçası açılanadək artıq ikinci ildir ki, uşaqların təlim-tərbiyəsinə Saimerlo kəndindəki şəxsi evlərdən birində davam edirlər. Köhnə uşaq bağçasını isə binanın qəzalı vəziyyətdə olmasına görə tərk etmişdilər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər