Tsereteli parkının salınması 8 ay gecikmə ilə tamamlanacaq
Tsereteli kəndində 9 aprel parkının salınması işləri hələ tamamlanmayıb. “Tao” MMC və Marneuli meriyası arasında bağlanmış müqavilənin şərtlərinə görə, şirkət işləri 4 iyul 2018-ci ilə qədər tamamlamalı idi. Lakin pozuntulara görə tikinti bu gün də davam edir.

Müqavilə şərtlərini pozduğuna görə “Tao” MMC-yə cərimələr işləri tamamlamalı olduğu gündən hesablanır.

Bələdiyyə və şirkət arasında ilkin olaraq bağlanmış müqavilənin vaxtı
21 dekabr 2018-ci ilədək idi. Buradan da irəli gələrək işlər yeni ilədək tamamlanmalı idi. Lakin müqavilənin müddəti uzadıldı.

Bu mərhələdə “Tao” MMC-nin işləri tamamlaması üçün 27 fevral 2019-cu ilədək vaxtı var.

Şirkətə tender şərtlərini yerinə yetirmədiyinə görə 4 iyuldan etibarən cərimə hesablanır. Lakin Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun cərimənin miqdarı ilə bağlı heç bir məlumatı yoxdur. Belə ki, işlərin tamamlanması vaxtı məlum deyil.

Tseretelidə park “Vətəndaş büdcəsi” çərçivəsində salınır ki, bunun üçün də yerli büdcədən 165 498 lari ayrılıb.
Tender şərtlərinə görə Tsereteli parkı funksiyasına görə iki – tarixi və gündəlik istifadə zonalarına bölünməlidir. Hər iki zonanın yaradılmasına “Tao” MMC cavabdehdir. İşlərin isə nə zaman tamamlanacağı məlum deyil.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər