Nəzarət Xidməti İmamquliyevi nədə təqsirləndirir

Avropalı Gürcüstan partiyasının üzvü Əhməd İmamquliyevin sözlərinə görə Marneuli meriyasının nəzarət xidməti onu 500 lari cərimələyib.


Bu haqda keçə həftə video müraciətdə İmamuqliyev məlumat verib ki, yeni il banerinə görə cərimələndiyi haqqında ona bildiriblər.

Rustaveli küçəsində Əhməd İmamquliyevin “yeni iliniz mübarək” yazısı qeyd olunmuş baneri yerləşdirilib.

"Nəzarət xidmətindən zəng vurdular, dedilər ki, sisin iş məhkəməyə
verilib, 500 lari həcmində cərimə olunmalısınız. Çünki siz görünüşü pozubsunuz, cərimələnməlisiniz. Mən də dedim ki, o plakatı çıxarmayacağam, bu sadəcə Bələdiyyə Məclisi üzvünün təbrikidir, hesab edirəm ki, heç bir qanunu pozmamışam"
- Əhməd İmamquliyev dedi.

Marneulinin nəzarət xidmətinin rəhbəri Davit Ğuduşauri hələ ki, qeyd olunan cərimə haqqında danışmağa çətinlik çəkir və deyir ki, İmamquliyev onlara sənəd təqdim etməlidir.

"Hələ cərimələməmişik, hələ müzakirə olunur, cərimələyəndə deyəcəyik. Müzakirə edəcəyik, əgər hər şey qaydasındadırsa, niyə cərimələyək? Sənədləri təqdim etməlidir, sənədləri təqdim etsa, heç nə olmayacaq, sənədləri təqdim etməsə, müvafiq olaraq cərimələnəcəq. O, özü sənədləri təqdim etməlidir" - Davit Ğuduşauri dedi.

İmamquliyev təsdiq edir ki, müvəqqəti banerlər üçün ondan hansısa sənəd tələb etməyiblər və heç yerə getməyə hazırlaşmır.

"Heç yerə getmirəm, heç kəsin yanına getməyəcəyəm, buna ehtiyac da yoxdur. Ora şəxsi əmlakdır, 50 illiyinə icarəyə götürülüb. Bu həftə banerlər çıxarılmalıdır. Sadəcə gözləyirəm ki, əgər məni cərimələyəcək fakt olarsa, mən qanunlara riayət edən adamam" - Əhməd İmamquliyev dedi.

İmamquliyev özü qeyd edir ki, baner özəl sahibkarın ərazisində yerləşdirilib və bələdiyyənin mülkü deyil. Ona prezident seçkilərində “Avropalı Gürücstanın” lideri Davit Bakradzenin banerini yerləşdirən zaman da həmin yerdə oxşar problem yaradıblar. Ancaq nəzarət xidmətinə izah ediblər ki, özəl sahibkarın ərazisinə yerləşdirilib və problem də məhz ona görə həll olunub. İmamquliyevə aydın deyil ki, eyni vəziyyətdə niyə nəzarət xidmətinin müəyyənləşdirməsinə ehtiyac var.

Vəziyyəti aydınlaşdırmaq üçün "Marneuli" radiosu bir daha meriyanın nəzarət xidmətinin rəhbərinə zəng vurdu ancaq o, bizim zənglərimizə cavab vermir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər