Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Ukrayna Pravoslav Kilsəsini müstəqilik qazanması münasibəti ilə təbrik edib

Gürcüstanda fəaliyyət göstərən Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Ukrayna Pravoslav Kilsəsini müstəqilik qazanması münasibəti ilə təbrik edib.


Təbrik bəyanatında deyilir:

"Uca Allahın adı ilə

Hamıya məlum olduğu kimi, 05.01.2019 tarixində Ümumdünya və Konstantinopol (Fənər-Rum) patriarxı Vartolomey tərəfindən Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyi tanınaraq, ona Avtokefal statusu verildi.

Beləliklə Ukrayna Pravoslav kilsəsi Avtokefal Pravoslav kilsələrin dünyada 15-cisi
oldu.

Biz, dünya Avtokefal Pravoslav kilsələri ilə müqayisədə son minillikdə əldə etdiyi ən böyük müstəqillik münasibəti ilə, Ukrayna Pravoslav kilsəsini, Ukraynalı inanclıları və bütün azadlıqsevərləri səmimi qəlbdən təbrik edir və uca Allahdan bu müstəqilliyin daimi olmasını diləyirik!

Hörmətlə: Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin Sədri və Şeyxi Seyid Mirtağı Əsədov"
- yazır.

Qeyd edək ki, 5 yanvar tarixində Dünya Ortodoks Patriarxı Varfolomey Ukrayna Yerli Avtokefal Pravoslav Kilsəsinin yaradılması ilə bağlı kilsə fərmanını imzalayıb. Mərasim İstanbuldakı Müqəddəs Georgi məbədində keçirilib.

Bunadək isə 4 yanvar tarixində Konstantinopol Patriarxı dünya ortodoks kilsələrinin liderlərini Ukrayna Kilsəsinin müstəqilliyini dəstəkləməyə çağırmışdı.

Bu məsələ ilə bağlı Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun vahid mövqeyi hələ ki məlum deyil. Sinodun keçən il dekabrın 27-də yayımlanmış qərarına görə, məsələnin müzakirəsinə növbəti iclasda davam ediləcək.

Kilsə kimi Gürcüstan hakimiyyətinin Ukrayna Kilsəsinin müstəqilliyi ilə bağlı nə düşündüyü də məlum deyil. Baş nazir Mamuka Baxtadze mövzu ilə bağlı verilmiş suala cavab verməyib. Gürcüstan prezidenti isə məsələni həssas adlandırıb və bildirib ki, o, prezident kimi Ukraynanı təbrik etməyəcək.

Ukrayna Kilsəsinin müstəqilliyini Gürcüstandan ilk olaraq Gürcüstan Evangelist-Baptist Kilsəsinin mitropoliti Malxaz Sonqulaşvili təbrik edib.

Xatırladaq ki, Prezident Pyotr Poroşenko ölkədə Ukrayna Yerli Avtokefal Pravoslav Kilsəsinin yaradıldığını elan edib.

Prezident həmçinin Ukrayna Pravoslav Kilsəsinin Kiyev patriarxatının mitropoliti Yepifaniya Dumenkonun yeni kilsəyə primat təyin olunduğunu bildirib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər