Tbilisinin meri "maşınların paylaşılması" sisteminin qurulmasını planlaşdırır
Kaxa Kaladze maşınların paylaşılması ("car shearing") sisteminin qurulmasını planlaşdırır. Merin sözlərinə görə artıq mobil aplikasiyaların vasitəsilə Tbilisidə elektrik maşınların kirayələnməsini həyata keçirəcək bir şirkət seçilib. Kaxa Kaladzenin sözlərinə görə bu layihə Avropanın çox şəhərlərində qüvvədədir. Paytaxtın meri qeyd edir ki, elektrik maşpnları vətəndaşlar uyğun qiymətə kirayələyə biləcəklər.

"Hər kəs şəhərdə müxtəlif yerlərdə saxlanılmış avtomobili götürə biləcək. Onlar həmin avtomobildən
gün ərzində, yaxud istədikləri qədər istifadə edə biləcəklər. Bu layihə bizim üçün çox vacib idi və müxtəlif biznes sektor nümayəndələri ilə söhbətimiz oldu. Bir biznes qrup bu layihə ilə maraqlandı və onlar yaxın gələcəkdə təqdimat edəcəklər"
- deyir Kaladze.

Layihə haqqında Tbilisi meri Facebook live zamanı danışıb. Kaladzenin sözlərinə görə avtomobili açmaq, işə salmaq və sonra saxlamaq aplikasiya vasitəsilə olacaq. Mer izah edir ki, layihənin ilk mərhələsində üç növ avtomobil: nissan, smart və reno gətiriləcək.

Avtomobillərin ümumi sayı ilk mərhələdə 300 olacaq.

Print Email
FaceBook Twitter Google