Partlayış nəticəsində yaralanan 4 yaşlı uşaq dünyasını dəyişib
"İmedi" klinikasının həkimi jurnalistlərə bildirib ki, Didi Diğomda partlayış nəticəsində yaralanmış 4 yaşlı uşaq dünyasını dəyişib. Onu xilas etmək mümkün olmayıb. Həkimin dediyinə görə xəstəxanaya gətirilən zaman onun vəziyyəti ağır imiş.

Rustavi 2- nin məlumatına görə partlayış zamanı dünyasını dəyişənlər arasında güman ki, uşağın valideynləri də var. Ancaq bu məlumat dəqiq təsdiqlənməyib.

Uşaq həkə də İaşvili klinikasındadır. Müqayisədə
digər uşağın da diqqət çəkəcək dərəcədə zədəsi var. O, reanimasiya şöbəsindədir. Qalan uşaqlarda isə səthi zədələr qeydə alınıb, bir hissəsinin isə emosional stressi var.

Zərərçəkməyən uşaqlar bir neçə saata klinikanı tərk edəcəklər.

Bu haqda jurnalistlərə İaşvili klinikasının həkimi İvane Çxeidze məlumat verib.

Didi Diğomidə yaşayış korpusunun dördüncü mərtəbəsində güman ki, təbii qaz sızmasından yaranan
partlayışdan saat 20:30 dağılma baş verib. Yerlilərin dediyinə görə partlayışa qədər qaz qoxusu hiss olunurmuş. Ancaq qaz şirkətinin nümayəndələri problem tapa bilməyiblər. Ğaztransqaz baş verənlə bağlı yaxın saatlarda bəyanat verəcək. Ölənlərin sayı artıq dörd nəfərə çatıb.

Yaşayış korpusu tam köçürülüb. Ərazini polis lentlə əhatəyə alıb.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google