Matəm işarəsi olaraq Marneulinin özünüidarəetməsi binada bayraqları endiriblər

Marneuli bələdiyyəsinin özünüidarəetmə binasında dövlət bayraqları endirilib.


“Marneuli bələdiyyəsinin özünüidarəetməsi Tbilisidə, Didi Diğomidə təbii qaz sızması nəticəsində baş vermiş faciəyə görə təəssüfünü bildirir və dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verir” – yazılıb meriya tərəfindən yayımlanan bəyanatda.

Didi Diğomidə yaşayış korpusunun dördüncü mərtəbəsində güman ki, təbii qazın partlamasından saat 20:30-da dağıntı baş verib. Yerlilər deyirlər ki, partlayışa qədər gün ərzində binada qaz qoxusu hiss olunurmuş. Ancaq qaz şirkəti nümayəndələri səbəbi aşkarlaya bilməyiblər.

Partlayış nəticəsində 4 nəfər dünyasını dəyişib və 8 nəfər zərər çəkib, onlar arasında uşaqlar da var.

Gürcüstanın baş nazirinin qərarı ilə 17 yanvar matəm
günü elan olunub.

Baş nazirin sərəncamına əsasən matəm günü ilə bağlı Gürcüstan ərazisində olan bütün administrativ binalarda və xaricdə Gürcüstanın diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək.

 

Print Email
FaceBook Twitter Google