Partlayış məsələsinə görə saxlanılan "QazTransQaz"ın əməkdaşlarına həbs cəzası verilib

Didi Diğomidə Avtandil küçəsində baş vermiş partlayış işinə görə saxlanılan şəxsə, "QazTransQaz" Tbilisinin keçmiş əməkdaşı Tornike Tatişviliyə və Vazel Mamadianiyə həbs cəzası verilib.

Qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Vaxtanq Mrelaşvili qəbul edib.

Prokurorluq ittiham olunanlara qarşı həbs cəzasını tələb edirmiş. Mühafizə tərəfi isə girov verilməsini istəyirmiş. Vazel Mamdianiyə görə 50 min lari, Tornike Tatişviliyə isə 10 min
lari məbləğdə girovun ödənilməsini qeyd ediblər.

Tatişvili və Mamadiani rəsmi olaraq 19 yanvarda ittiham olunublar. Saxlanılanlar CM-nin 220-ci prima maddəsinin ikinci hissəsi ilə ittiham ediliblər. Maddə vəzifəsinə biganə yanaşmanı nəzərdə tutur. Məhkəmədən əvvəl iclas 14 martda baş tutacaq.

Xatırladaq ki, 16 yanvarda Didi Diğomidə baş vermiş partlayışda 4 nəfər ölüb, onlar arasında biri uşaqdır. 8 nəfər xəsarət alıb.

 

Print Email
FaceBook Twitter Google