Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.
Marneuli meriyası televiziya xidmətinin alınması üçün 86 000 larilik tender elan edib
Marneuli meriyası televiziya xidmətinin alınması üçün 86 000 larilik tender elan edib. Tenderə əsasən, qalib gələn şirkət bir il ərzində iki dildə (gürcü-azərbaycan) məlumat yayımlamaq məcburiyyətində olacaq. Məlumat çatdırmanın məqsədi əhalinin, yerli hakimiyyətin, nümayəndəlik və icraçı orqanın məlumatlandırılmasıdır.

Bələdiyyə Məclisinin iclaslarının tam qeydinin hazırlanması və lazım olan halda nümayəndəlik orqanına verilməsi, həmin iclaslar/tədbirlər haqqında video çarxların hazırlanması da öhdəliklərə
daxildir.

Canlı televiziya verilişərinin və ya qeydlərin hazırlanıb yayımlanması, bələdiyyə tərəfindən planlaşdırılmış vacib tədbirlərin və hadisələrin Facebook Live-canlı yayım xidməti vasitəsilə paylaşılması.

Video çarxların, hazır materialların televiziyanın rəsmi veb-səhifəsinə və sosial şəbəkələrə xəbər, video çarx və müvafiq mətn materialları şəklində yerləşdirilməsi.
  • Teleşirkətin efirinə çıxan verlişləri internet portal www.myvideo.ge-də izləmək mümkün olsun;
  • Teleşirkətin www.youtube.com-da şəxsi kanalı olsun. Orada müqavilə çərçivəsin tele şirkətin efirində yayımlanmış bütün sujetlər gündəlik yerləşdirilsin;
  • Televiziya Gürcüstan Kommunikasiyalar üzrə Milli Komissiya tərəfindən avtorizasiya keçmiş və ümumi yayım hüququ qazanmış olamlıdır;
Çatdıran tərəf təmin etməlidir:
  1. Cəmiyyət üçün vacib olan məlumatın yayımlanması məqsədi ilə video çarxların hazırlanması və (yayım qanununun 661-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq) tele şirkətin efirində yerləşdirmək;
  2. Verlişlərin minimum iki dəfə təkrar olunması ( gürcü və azərbaycan dilində);
  3. Verlişin efirə çıxana qədər anons edilməsi;
  4. Cəmiyyət üçün vacib məlumat daşıyan video çarxların hazırlanması və efirə verilməsi;
  5. Cəmiyyət üçün vacib və aktual mövzular haqqında əhaliyə məlumat vermək üçün Marneuli şəhər bələdiyyəsi nümayəndələrinin verlişə dəvət olunması (canlı efir və ya qeyd);
  6. Texniki olaraq baş tutan telefon qoşulmaları;
  7. Texniki olaraq canlı yayımın təmin olunması üçün şərtlərin qurulması;
  8. Kvalifikasiyalı heyətlə təmin etmə;
  9. Təchizatçı verlişlərin efirə çıxması gününü və vaxtını razılaşdırmalıdır – “alıcı ilə”;
  10. ”Alıcı” tərəfindən video materialların tələb olunması halında operativ çatdırılmanın təmin edilməsi;
  11. İstirahət günlərində bələdiyyə tədbirlərinin və aktivliklərinin çəkilişi-işıqlandırılması;
  12. Video qeydlərin/çarxların 1 (bir) il ərzində arxivləşdirilməsi və lazım olan halda arxivin alıcıya verilməsini təmin etməlidir;
Qeyd olunan tenderdə iştirak etmək 28 yanvara qədər mümkündür.

Qeyd etmək lazımdır ki, meriya həmin məqsədlər üçün tenderləri artıq bir neçə ildir elan edir və bələdiyyə üçün televiziya xidmətinin alınmasında hər dəfə “Marneuli Tv” MMC müqaviləsiz qalib gəlir. Bu il həmin xidmət üçün məbləğ 14 min lari artırılıb.

Print Email
FaceBook Twitter Google